İcma Ermənistana çağırış etdi

Qərbi Azərbaycan

11.03.2025 14:17

1032

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanı sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməyə çağırıb.

TodayPress xəbər verir ki, bu fikirlər icmanın yaydığı bəyanatda yer alıb.

"Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb" deyə bəyanatda qeyd olunub. 

İcma bildirib ki, Ermənistanın, onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbuledilməzdir: 

"Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir".

tag: Qərbi Azərbaycan İcması,Ermənistan,Çağırış,Bəyanat,Todaypress.az,