Gümrüdə “Ana Ermənistan” blokunun ofisində əməliyyat
Ermənistan hüquq-mühafizə orqanları “Ana Ermənistan” müxalifət blokunun Gümrüdəki ofisində axtarış aparır.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Blokun yaydığı açıqlamada polisin və Antikorrupsiya Komitəsinin həyata keçirdiyi əməliyyatların onların seçki fəaliyyətinə birbaşa mane olduğu qeyd olunub:
“Hazırda Gümrüdə yerləşən ofisimizdə axtarış aparılır, işimizə maneə yaradılır”. Məlumata görə, blokun üzvü, təşkilati məsələlərlə məşğul olan Ara Voskaniyanın evində də eyni əməliyyat gerçəkləşdirilib.
Müxalif blok bu addımı hökumətin Gümrü şəhər Şurasına keçiriləcək seçkilərdə iştirak edən bir siyasi qüvvəyə qarşı təzyiqi və qorxu atmosferi yaratmaq cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, Gümrüdə növbədənkənar şəhər Şurası seçkiləri 30 mart 2025-ci ildə keçiriləcək.
Qiymət Mahir
tag: Ermənistan,Gümrü,Əməliyyat,Ana Ermənistan,Ofisi,Todaypress.az,