Əziz Ələkbərli: "Gənclərimiz Qərbi Azərbaycana qayıdış ideya ilə silahlanmalıdırlar"

Qərbi Azərbaycan

27.02.2025 16:28

1062

“Qərbi Azərbaycan ideyası 44 günlük Vətən müharibəsindən sonra bizim əsas strateji hədəfimizdir”. 

TodayPress xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası üzvlərinin gənclərlə görüşündə deyib.   

"Qərbi Azərbaycana qayıdış ideyasının uğuru birbaşa gənclərin bu ideyanı mənimsəməsindən asılıdır. Gənclərimiz bu ideya ilə silahlanmalıdır. Çox qısa zamanda Qərbi Azərbaycanla bağlı həqiqətlər dərsliklərimizdə də yer alacaq ki, gələcək nəsillər hər bir şeydən məlumatlı olsunlar. Bununla bağlı artıq layihələr var".   

Töhfə Səməd

tag: Qərbi Azərbaycan,44 gün,Müharibə,Əziz Ələkbərli,Todaypress.az,