Ermənistanın xarici borcu 13,6 milyard dollar oldu, daxili borcun həcmi 50 faiz artdı
2025-ci ilin mart ayının sonuna olan məlumata görə, Ermənistanın dövlət borcu 2024-cü ilin sonu ilə müqayisədə 4,4 faiz artaraq, 5 trilyon 318 milyard dram (13,6 milyard dollara yaxın) təşkil edib.
TodayPress “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan deyib.
Erməni nazir 2024-cü ilin sonunda həmin rəqəmin 12,8 milyard ABŞ dolları olduğunu da sözlərinə əlavə edib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici borcun həcmi 6,2 faiz yüksəlib.
O vurğulayıb ki, daxili borcun məbləği də artıb və ümumi daxil iməhsulun 50 faizi həcmində müəyyənləşib.
tag: Ermənistan,Borc,Artım,Xərc,Todaypress.az,