Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi

Qərbi Azərbaycan

09.01.2025 11:52

2096

Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib, indi parlamentin müzakirəsinə çıxarılacaq. 

TodayPress xəbər verir ki, hökumətin iclası yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanıb.

“Bu, sözün hərfi mənasında Ermənistanın Aİ-yə üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər” deyə Baş nazir Nikol Paşinyan qeyd edib.

Bir neçə qərbyönlü partiya və təşkilatın təqdim etdiyi qanun layihəsinin Nazirlər Kabinetinin təsdiqindən sonra bu ayın sonunda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

Layihəni xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. Hökumətin əsaslandırmasına görə, təsdiq Ermənistan Respublikası vətəndaşlarının Avropa İttifaqının tamhüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini reallaşdıracaq, həmçinin gələcək müzakirələr üçün daha əlverişli mühit yaradacaq.

Töhfə Səməd

tag: Ermənistan ,Aİ ,təşkilat ,Təsdiq ,todaypress.az,