Ermənistanda zəlzələ oldu

Qərbi Azərbaycan

08.03.2025 10:08

1264

Ermənistanın Spitak şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunur ki, zəlzələ martın 8-də saat 09:26-da Spitak şəhərindən 6 kilometr şimal-şərqdə ərazi seysmik mühafizə xidməti tərəfindən qeydə alınıb.

Xatırladaq ki, 7 dekabr 1988-ci ildə Ermənistanın şimalındakı Spitak şəhərində 7 bal gücündə zəlzələ baş verib.

tag: Ermənistan,Spitak,Zəlzələ,4.6 bal,Todaypress.az,