Ermənistanda toqquşmalar davam edir: 100-ə yaxın şəxs saxlanıldı
Qərbi Azərbaycan
13.06.2024 10:46
Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 98 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 10 polis əməkdaşı tibbi yardıma müraciət edib.
Səhiyyə Nazirliyinin məlumatında isə etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət etdiyi bildirilib.
Qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs-küylü qumbaralardan istifadə edib. İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.
tag: Toqquşma, Polis Əməkdaşı, Daxili İşlər Nazirliyi,Ermənistan, Baqramyan, todaypress.az,