Ermənistanda sahibkarlar yenidən ayağa qalxdı
İrəvanda dövriyyə vergisinin artırılmasına qarşı sahibkarların növbəti etiraz aksiyası keçirilib.
TodayPress xəbər verir ki, aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.
Belə ki, 2025-ci il iyulun 1-dək sahibkarlara ötən il aldığı malları müvafiq sənədlər olmadan, yeni vergi tələbləri tətbiq edilmədən satmağa icazə veriləcək.
Lakin etirazçılar hesab edirlər ki, bu tədbir yalnız müvəqqəti güzəştdir və dövriyyə vergisinin artırılması ilə bağlı əsas problemləri həll etmir. İş adamları yeni siyasəti “iqtisadi terror” adlandırıblar.
Etirazçılar İqtisadiyyat Nazirliyinə də məktub göndərərək, idarənin rəhbəri Gevorq Papoyanla görüş tələb ediblər.
Qiymət Mahir
tag: Ermənistan,Sahibkar,Aksiya,İştirak,Todaypress.az,