Ermənistanda Paşinyana qarşı yeni güc formalaşdırılır

Qərbi Azərbaycan

21.09.2024 15:40

“Bu gün çətin vəziyyətdə və eniş dövründəyik”.

TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İrəvanın keçmiş meri Albert Bazeyan jurnalistlərlə açıqlamasında deyib.   

O, mövcud hakimiyyətə alternativ formalaşdırmağa çağırış edib. 

“Mövcud hakimiyyətə alternativ formalaşdıracağıq. Bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Serj Sarkisyana qarşı yeni güc lazımdır”. 

Bazeyan qeyd edib ki, məğlub olan Ermənistanı hazırkı hökumətə itaətsizlik etmək, Nikol Paşinyan hökumətinin və hazırkı parlamentin buraxılmasına məcbur etmək lazımdır.

Qeyd edək ki, Albert Bazeyan bir müddər öncə Paşinyana sui-qəsdə cəhd ittihamı ilə həbs olunmuşdu.  

Xatırladaq ki, Bazeyan eyni zamanda Qarabağda Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törətmiş “Yerkrapa Könüllülər Birliyi”nin keçmiş sədr müavinidir.

Günəş Mərd

tag: Paşinyan ,Ermənistan ,Albert Bazeyan, Sui-Qəsd ,Azərbaycan ,todaypress.az,