Ermənistanda ordunun Baş Qərargahının sabiq rəisinə qarşı cinayət işi açıldı

Qərbi Azərbaycan

01.04.2025 23:00

744

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

 

TodayPress xəbər verir ki, general-polkovnik Movses Akopyan Ermənistanın 9 il əvvəl Rusiyadan yararsız hərbi texnika almasına görə səhlənkarlıqda ittiham olunur.

 

Qeyd olunur ki, Ermənistan ordusunun Raket Qoşunları və Artilleriya Baş İdarəsinin sabiq rəisi, general-mayor Armen Arutyunyana qarşı da ittiham irəli sürülüb.

 

Müqavilə Akopyan tərəfindən imzalanıb və bunun nəticəsində isə 4,3 milyard dramdan çox avadanlıq alınıb.

 

tag: Ermənistan, General, Polkovnik, Rəis, Cinayət, İttiham, todaypress.az,