Ermənistanda müxalifətçilər seçkilərlə əlaqədar kütləvi şəkildə saxlanıldı
Ermənistanda “Ana Ermənistan” müxalifət
blokunun 12 tərəfdarı saxlanılıb.
TodayPress yerli mətbuata istinadən xəbər verir ki,
bunu blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan deyib.
O, qeyd edib ki, blokun saxlanılan fəallarından olan
Emmaq Qriqoryan azad edilib: “O, iki övladının gözləri qarşısında stresd
keçirdikdən sonra həbs edilib, lakin evdə heç nə tapılmayıb".
Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və
Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə
Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçkilər zamanı
xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri
başlayıb.
Komitə bildirib ki, seçiciyə Gümrü Ağsaqqallar Şurasına
növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti
ilə seçici rüşvəti təklif edilib. Həmin icmanın Ağsaqqallar Şurasına
deputatlığa namizədliyi irəli sürülmüş partiya üzvünün, eləcə də etibar etdiyi
şəxsin xeyriyyə adı altında seçicilərə pul vəd etməsi, əmtəə kimi odun verməsi,
küçələrdə asfalt işləri aparması, kostyum və digər əmlak alması barədə də
məlumat daxil olub.
Qeyd edək ki, bu gün “Ana Ermənistan” səhər saatlarında
hüquq-mühafizə orqanları əməkdaşlarının blokun ofisinə gələrək qərargah rəhbəri
Ara Voskanyanın mənzilində və “Ana Ermənistan” alyansının baş ofisində axtarış
aparması barədə məlumat yayıb. Eyni zamanda “Ana Ermənistan”ın bir neçə
tərəfdarının mənzillərində də axtarışlar aparılıb.
tag: Ermənistan, Həbs, Müxalifət, Gümrü, Polis, todaypress.az,