Ermənistanda kibercinayətkarlıq 50 % artdı
Ötən il Ermənistanda qeydə alınan
kibercinayətlərin sayı 2023-cü illə müqayisədə azı 50 % artıb, bunun da 90%-ni
maliyyə kibercinayətləri təşkil edib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan
İstintaq Komitəsinin Xüsusi Vacib İşlər Baş İdarəsinin Kibercinayətkarlıq və
Yüksək Texnologiyalar sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəisi
Robert Adilxanyan bildirib.
"Statistik məlumatlara görə, 2019-2023-cü illərdə
qeydə alınan kibercinayətlərin sayı kəskin şəkildə artıb. Yəni 2019-cu ildə
İstintaq Komitəsində 100-ə yaxın hadisə qeydə alınıb, 2023-cü ildə isə qeydə
alınan cinayətlərin sayı 1 000-ə çatıb. Keçən il bu rəqəmlər azı 50 faiz
artıb" Adilxanyan qeyd edib.
"Ermənistanda ildən-ilə daha çox cinayətin üstü
açılır. Hətta vətəndaşların müraciət etməməsi halları olur, lakin konkret işin
istintaqı zamanı yeni cinayətlər ortaya çıxır" o deyib.
Ermənistan Polisinin məlumatına görə, respublikada
kibercinayətlərin sayı ildən-ilə artır. Əgər 4-5 il əvvəl hər il 300 nəfər belə
cinayətlərin qurbanı olubsa, 2022-2023-cü illərdə qurbanların sayı 1 100-ü
ötüb.
tag: Ermənistan, Kibertəhlükəsizlik, Kibercinayət,Polis,Maliyyə,todaypress.az,