Ermənistanda ixrac iki dəfə azaldı

Qərbi Azərbaycan

26.02.2025 07:11

1570

Cari ilin yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi, əvvəlki ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik göstəricisinin artım tempinin yavaşlaması fonunda 40 % azalaraq 7,1 %-ə düşüb.

TodayPress-in xəbərinə görə, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Yanvar ayında xarici ticarətin həcmi illik baxımdan 40 % azalaraq 1,37 milyard dollardan çox olub. İxrac 482,2 milyon dollar (49,2 % azalma), idxal - 895,1 milyon dollar (33,5 % azalma) təşkil edib.

Komitə bildirib ki, eyni zamanda sənaye istehsalı da 10,4 % azalıb.

 

tag: Ermınistan, İxrac,İdxal, Azalma, Statistika, Ticarət, todaypress.az,