Ermənistanda İrana məxsus yük maşını aşdı

Qərbi Azərbaycan

18.04.2025 20:10

13

Ermənistanın Sünik vilayətində İrana məxsus yük maşını aşıb.

Bu barədə TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Məlumata görə, hadisə bu gün gündüz saatlarında baş verib. 47 yaşlı sürücü Kərim Nəzəri idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.

tag: Azərbaycan, Ermənistan, Yük maşını,Aşdı, Xəsarət, Qafan, todaypress.az,