Ermənistanda iki məmur saxlanıldı
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Onlar rüşvət almaqda şübhəli bilinirlər.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.
Məmurların adları və vəzifələri açıqlanmır.
tag: Ermənistan ,Korrupsiya,Məmur,todaypress.az,