Ermənistanda iki deputata qarşı ittihamlar irəli sürüldü
Ermənistan parlamentinin
deputatları Ovik Aqazaryan və Taron Marqaryana qarşı ittihamlar irəli sürülüb.
TodayPress Ermənistan mediasına
istinadən xəbər verir ki, bunu Ermənistan Cinayət Məhkəmələrinin mətbuat katibi
Liana Rafaelyan deyib.
Qurumdan o da bildirilib ki, hər iki
parlamentari barəsində yaşadığı yeri tərk etməmək haqqında iltizam tədbiri
seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl
adıçəkilən deputatların toxunulmazlıqları ləğv edilib.
tag: Ermənistan, Parlament, İttiham, Liana, Cinayət,todaypress.az,