Ermənistanda hərbi toplanışlarda iştirakdan yayınanlar üç ilədək həbs ediləcək

Qərbi Azərbaycan

15.05.2025 11:38

12

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışlarında iştirakdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaq. 

TodayPress Ermənistan KİV-inə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Nazirlər Kabinetinin iclasında təsdiqlənib. 

Toplanışlarda iştirakdan yayınanlara əməkhaqqının 20 misli miqdarında cərimə və ya iki aydan üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

tag: Ermənistan,Hərbi Toplanış,Cəza,Həbs,Todaypress.az,