Ermənistanda etirazçıların kütləvi həbsinə başlanıldı

Qərbi Azərbaycan

15.06.2024 12:45

Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri 5 vilayətdə etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.

Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.

tag: Ermənistan,Həbs, Ruben Melikyan, Etirazçı, todaypress.az,