Ermənistanda etiraz aksiyaları başladı
Ermənistan hökumət binası qarşısında gərgin vəziyyət hökm sürür.
TodayPress xəbər verir ki, bu barədə Emrənistan KİV məlumat yayıb.
Biznes sahibləri verginin 10 faiz artırılması qərarına yenidən baxılmasını tələb edərək yenidən etiraz aksiyası keçirirlər.
Kiçik və orta sahibkarlıq nümayəndələri növbəti aksiyanı aprelin 30-da parlamentin qarşısında təşkil etmək qərarına gəliblər.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən “Ermənistan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun qüvvəyə minib ki, bu da kommersiya fəaliyyəti üzrə dövriyyə vergisinin dərəcəsini (5 faizdən 10 faizə), habelə həmin fəaliyyətdən formalaşan vergitutma bazası üçün hesablanmış dövriyyə vergisi məbləğindən çıxılmalı olan xərclərin limitini 4 faizdən 9,5 faizə qaldırıb.
Töhfə Səməd
tag: Ermənistan ,Etiraz,Aksiya,todaypress.az,