Ermənistanda əsgər ölümünə görə iki hərbçi həbs edildi

Qərbi Azərbaycan

20.02.2025 05:11

2936

Ermənistan hərbçisi Sevak Hovhannisyanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində iki hərbçi həbs edilib.

TodayPress Ermənistan mediasına istinadənxəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb.

Əvvəlcə cinayət işi “Qətl” maddəsi ilə açılsa da, sonradan “Hərbi qulluqçunun ehtiyatsızlıqdan, bir qrup şəxs tərəfindən intihara sövq etmə” kimi tövsif edilib.

Xatırladaq ki, Sevak Hovhannisyanın güllə yarası ilə meyiti fevralın 17-də səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin ərazisində tapılıb.

 

tag: Ermənistan, Ölüm, Əsgər, Hərbiçi, Həbs, todaypress.az,