Ermənistanda əməliyyat: 9 polis saxlanıldı
Ermənistanın Eçmiədzin şəhərində doqquz polis əməkdaşı saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilib ki, Vağarşapat Polis İdarəsinin 9 polis əməkdaşı cinayəti ört-basdır etməkdə şübhəli bilinərək həbs edilib.
Həbslər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin xüsusi əməliyyatı nəticəsində həyata keçirilib.
tag: Ermənistan,Əməliyyat,Polis,Həbs,Todaypress.az,