Ermənistanda daha bir namizədin ofisində yoxlama aparıldı
Ermənistan hüquq-mühafizə orqanları Gümrü merliyinə namizəd Martun Qriqoryanın seçki qərargahına irimiqyaslı hücum edib.
TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.
Bildirib ki, Qriqoryanın ofislərində axtarışlar davam edir. Xatırladaq ki, bundan əvvəl hüquq-mühafizə orqanları müxalif “Ana Ermənistan” blokunun Gümrüdəki ofisində yoxlamalar aparıb.
Blokun nümayəndəsi Emma Qriqoryan Gümrüdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb və orada qarşıdan gələn seçkilərlə bağlı danışdırılıb.
Aysel Mətləb
tag: Ermənistan,Ana Ermənistan,Axtarış,Ofis ,Todaypress.az,