Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verildi

Qərbi Azərbaycan

24.01.2025 16:28

Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. 

TodayPress  Ermənistan KİV-ə istinadən xəbər verir kibu barədə komissiyanın rəhbəri Arman Eqoyan məlumat verib.  

Sənəd müvafiq komitə iclasında təsdiqlənib. Sənədə daha sonra plenar iclasda baxılacaq.

"Ermənistan" müxalifət fraksiyasının üzvləri  isə səsvermədə iştirakdan imtina ediblər.

Layihə Ermənistan parlamentinin qarşıdan gələn dördgünlük iclasının gündəliyinə daxil ediləcək. 


tag: Ermənistan,Avropa İttifaqı,Sənəd,Səsvermə,Todaypress.az,