Ermənistanda Aİ-yə daxil olmaq qanun layihəsinin müzakirəsi təxirə salındı
Ermənistan parlamenti, ölkənin Avropa İttifaqına (Aİ) daxil olmaq niyyəti ilə bağlı qanun layihəsinin ikinci oxunuşdan əvvəl müzakirəsini təxirə salıb. Qərar martın 3-də komissiyanın iclasında qəbul edilib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan parlamenti özünün rəsmi səhifəsində məlumat yayıb.
Qəbul edilmiş qərara əsasən, Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi parlament komitəsinin rəyindən asılı olmayaraq, martın 4-də deyil, ayın 25-də plenar iclasda müzakirəyə çıxarılacaq.
Gecikməyə səbəb, qanun layihəsinin Aİ-də istəklərə siyasi qiymət verən preambulası olub.
Birinci və ikinci oxunuşlar arasındakı fasilə zamanı sənədin müəllifləri heç bir təkliflə çıxış etməyiblər.
Ermənistan Xarici İşlər Nazirinin müavini Paruyr Hovhannisyan isə qanun layihəsindən preambulanın çıxarılmasını təklif edib.
Nicat Osman
tag: Ermənistan,Parlament,Avropa İttifaqı,Təxirə salınma,Todaypress.az,