Ermənistanda ağır cinayətlərin sayı kəskin artdı

Qərbi Azərbaycan

12.09.2024 13:00

2024-cü ilin birinci yarısında yarısında Ermənistanda ağır cinayətlərin sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 17,2% artıb.

TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorluğundan məlumat verilib. 

Qeyd olunub ki, artım xüsusilə, odlu silahdan istifadə edilərək törədilən cinayətlərin sayında müşahidə olunub. 

Öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb və məsələ Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. 

Günəş Mərd

tag: Ermənistan, Cinayət, Silah ,Paşinyan, Baş Nazir ,todaypress.az,