“Ermənistan Türkiyə ilə münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”
Qərbi Azərbaycan
18.09.2024 11:58
“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”.
TodayPress-in “Sputnik-Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.
O, bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb.
N. Paşinyan İran və Gürcüstanla əlaqələri də şərh edib. Ermənistanın hökumət başçısı vurğulayıb ki, bu dövlətlərlə uzunmüddətli perspektivdə hər hansı münaqişənin yaranacağı gözlənilmir.
tag: Ermənistan ,Nikol Paşinyan, Sammit ,Türkiyə ,Gürcüstan, İran ,todaypress.az,