Ermənistan Rusiya telekanallarının sayını azaldır
"Ermənistanda Rusiya telekanallarının sayını azaltmaq zəruri hal alıb".
TodayPress "TASS"a istinadən xəbər verir ki, bunu Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan deyib.
"Əgər biz vaxtilə Rusiyanı dövlət multipleksimizdə tezliklərlə təmin etməsəydik, o zaman əlaqələrimizdə belə gərginlik olmazdı. İndi Fransa tərəfi tezliklər istəyir. Hesab edirəm ki, bizim ictimai multipleksdə xarici televiziya şirkətlərinin iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır" deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda yalnız Rusiya telekanalları xaricdən ictimai multipleks vasitəsilə retranslyasiya edilir.
Töhfə Səməd
tag: Ermənistan,Rusiya,Telekanal,Azalma,Todaypress.az,