Ermənistan Qərbdən narazıdır
Qərbi Azərbaycan
16.09.2024 09:33
“Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan bildirib ki, Qərb təhsil yolu ilə Ermənistanı öz tarixindən məhrum etmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra Qərbin ilk zərbəsi təhsil sisteminə dəyib. Bu, insanların inkişaf səviyyəsinə təsir edib və bütün postsovet respublikalarında mənfi nəticələrə səbəb olub.
Tevanyan əlavə edib ki, İrəvan Qərb dövlətləri tərəfindən istifadə olunmaq istəmir. O, misal kimi 2008-ci ildə baş vermiş gürcü-osetin münaqişəsini göstərib.
Töhfə Səməd
tag: Ermənistan, Andranik Tevanyan ,Sovet İttifaqı ,İnsanlar ,Qərb, todaypress.az,