Ermənistan prezidenti ölkənin Aİ-yə daxil olması haqqında qanunu təsdiqlədi
Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti haqqında qanunu təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Xatırladaq ki, 26 mart tarixində Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlüyə hazırlaşması ilə bağlı qanun layihəsini yekun oxunuşda qəbul edib.
Sənədin lehinə 64 , əleyhinə isə 7 deputat səs verib.
Layihəni hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları dəstəkləyib, müxalifət isə onu “absurd” adlandırıb, çünki Aİ hələlik Ermənistana rəsmi üzvlük təklifi etməyib.
Qiymət Mahir
tag: Ermənistan,Vaaqn Xaçaturyan,Avropa İttifaqı,Daxilolma,Qanun,Təsdiq,Todaypress.az,