Ermənistan parlamenti mühasirəyə alındı

Qərbi Azərbaycan

12.06.2024 13:40

Ermənistan parlamentinin binası qarşısındakı polis əməkdaşlarının sayı artırılıb.

TodayPress-in xəbərinə görə, buna səbəb “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan və tərəfdarlarının burada etiraz aksiyası keçirmək istəməsidir. Səhər saatlarından etibarən bina əllərində rezin dəyənəklər olan polis nəfərləri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, iyunun 11-də Qalstanyan rəhbəri olduğu hərəkatın üzvlərini 12.06.2024-cü il, yerli vaxtla saat 15:00-da qanunverici orqanın qarşısına toplaşmağa çağırıb.

tag: Qərbi Azərbaycan, Ermənistan, Baqrat, Siyasət, todaypress.az,