Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qanun layihəsinə baxacaq
Ermənistan parlamenti fevral ayında ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı qanun layihəsinə baxacaq.
TodayPress xəbər verir ki, bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
“Ermənistan Respublikasının Aİ-yə qoşulması prosesinin başlanmasına dair qanun layihəsi, çox güman ki, parlamentin 11-14 fevral sessiyasında gündəliyinə daxil ediləcək” deyə Arutyunyan bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan respublikanın Aİ-yə üzv olmaq təşəbbüsündən danışıb.
Onun sözlərinə görə, bu, vətəndaş cəmiyyətinin təşəbbüsüdür, hələlik Ermənistan rəhbərliyinin siyasi qərarından söhbət gedə bilməz.
Töhfə Səməd
tag: Ermənsitan,Ararat Mirzoyan,Avropa,Parlament,Todaypress.az,