Ermənistan növbəti dəfə KTMT iclasından imtina etdi
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammitində iştirak etməyəcək”.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev danışıb.
“Erməni həmkarları bu tədbirdə şəxsən iştirak etməkdən imtina etdilər. Eyni zamanda, təsdiqlənməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər” deyə nümayəndə bildirib.
Qeyd edək ki, noyabrın 28-də Astanada KTMT ölkələrinin nazirlərinin birgə iclası keçiriləcək.
Günəş Mərd
tag: Ermənistan, KTMT, Rusiya, Tədbir, Astana, todaypress.az,