Ermənistan müxalifəti Aİ-yə üzvlüklə bağlı səsverməni boykot edir
Ermənistanın “Hayastan” fraksiyası ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı qanun layihəsinə səsvermədə iştirakdan imtina edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Biz əvvəllər fraksiyamızın səsvermədə iştirak etməmək barədə mövqeyini ətraflı təqdim etmişdik. Bu, dəyişməyib əksinə daha da güclənib” deyə Ermənistanın müxalifət fraksiyasının katibi Artsvik Minasyan bildirib.
Müxalifətçi deputat qeyd edib ki, Ermənistanla Aİ arasında münasibətlər Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) çərçivəsində təbii istiqamətdə inkişaf etməlidir.
“Lakin Ermənistan hakimiyyəti bu istiqamətdə fəaliyyətsizdir. Bunun ən parlaq nümunəsi Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması məsələsidir” deyə o vurğulayıb.
Aysel Mətləb
tag: Ermənistan,Müxalifət,Aİ ,Üzvlük,Boykot,Todaypress.az,