Ermənistan KTMT-yə dəstəkdən imtina etdi

Qərbi Azərbaycan

31.03.2025 10:38

1572

Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə dəstək verməkdən imtina etdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilib. 

Qeyd olunub ki, İrəvan həmçinin təşkilatda faktiki iştirakını davam etdirməyəcək.

Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın KTMT ilə bağlı mövqeyinə yenidən baxmağı planlaşdırmadığını bəyan edib.   

Türkan İsgəndərli

tag: Ermənistan,KTMT,Dəstək,İmtina,Todaypress.az,