Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya ilə bağlı sənədə baxacaq

Qərbi Azərbaycan

10.09.2024 16:55

Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 24-də Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə baxacaq.

TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.  

“Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verdikdən sonra Milli Assambleyada müzakirəyə çıxarılacaq” məlumatda qeyd olunub.

Günəş Mərd

tag: Ermənistan, İrəvan, Bakı, Konstitusiya, Milli Assambleya ,todaypress.az,