Ermənistan Hindistandan yeni zenit raket kompleksləri alacaq
Hindistan bu ilin iyulunda Ermənistana “Akash” zenit raket komplekslərinin ikinci partiyasını göndərməyə hazırlaşır. Bu tədarük iki ölkə arasında böyük müqavilənin bir hissəsidir.
TodayPress xəbər verir ki, bu barədə “Indian Aerospace Defence News” məlumat yayıb.
Komplekslərin ilk batareyası artıq Ermənistana göndərilib.
Qeyd edək ki, 2022-ci ildə Ermənistan və Hindistan ümumi dəyəri təxminən 710 milyon dollar olan 15 “Akash” raket sisteminin alınması barədə razılaşma imzalayıb.
tag: Ermənistan,Hindistan,Zenit Raket,Kompleks,Todaypress.az,