Ermənistan BMT-yə hərbi attaşe təyin edəcək
Ermənistan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Ermənistanın müdafiə attaşesi olacaq.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin təşəbbüsü ilə hazırlanan qərar layihəsi Nazirlər Kabineti tərəfindən martın 20-də təsdiq edilib.
Müdafiə məsələləri üzrə attaşe BMT Katibliyinin Sülhməramlı Əməliyyatlar Departamenti (DPO) ilə əməkdaşlığı gücləndirməyə çalışacaq.
"Bu layihənin qəbulu BMT-dəki Hərbi Attaşe vasitəsilə Ermənistan Respublikasının Müdafiə Nazirliyinin səmərəli fəaliyyəti üçün imkan yaradacaq, institusional əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına, habelə hərbi və hərbi-siyasi əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verəcək" sənəddə deyilir.
Töhfə Səməd
tag: Ermənistan,BMT,Hərbi Attaşe,Təyinat,Todaypress.az,