Ermənistan Azərbaycanı KTMT-yə dəvət etdi

Qərbi Azərbaycan

29.11.2024 17:35

1723

“Ermənistan Rusiya ilə birgə layihələrdə daha yaxından iştirak etməli, həmçinin Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmasına nail olmalıdır”.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu “Mənim ölkəm, mənim Ermənistanım” hərəkatının rəhbəri Mher Avetisyan bildirib.

“Ermənistan taleyüklü qərarla üz-üzədir: Ya öz dövlətçiliyini zəiflədəcək, ya da öz dövlətinin maraqlarına xidmət etmək baxımından düzgün yol tutaraq Rusiyanın müttəfiqi olmağa davam edəcək” o, qeyd edib. 

O, həmçinin əlavə edib ki, Bakının KTMT-yə daxil olması regionda yeni münaqişənin qarşısını almağa kömək edəcək.

Günəş Mərd

tag: Ermənistan, Rusiya, KTMT, Region, Bakı, todaypress.az,