Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təklif göndərdi

Qərbi Azərbaycan

08.01.2025 13:30

"Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya işlərinin davam etdirilməsinə ümid edir".

TodayPress xəbər verir ki, bunu adı çəkilən ölkənin Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

"Ermənistan Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı təkliflər göndərib və müsbət cavab alacağı təqdirdə onu imzalamağa hazırdır" deyə o, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin müavini Mqer Qriqoryanın Aparatı da buna bənzər açıqlama verib. "Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü keçiriləcək" deyə qeyd olunub. 

Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.

tag: Azərbaycan ,Ermənistan ,Sülh, Saziş, todaypress.az,