Ermənistan anti-Rusiya qətnaməsini dəstəklədi
Ermənistan BMT Baş Assambleyasının Rusiyaya qarşı ittihamlarını ehtiva edən qətnaməsinin lehinə səs verib.
TodayPress xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
“BMT ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı sənəd lehinə 105, ABŞ daxil olmaqla 9 ölkə əleyhinə, 33 ölkə bitərəf qalmaqla qəbul edilib.
Azərbaycan və İsrail isə səsvermədə iştirak etməyib.
Qətnamənin preambulasında xüsusilə "Rusiyanın Ukrayna və Gürcüstana hücumundan” bəhs edilir.
Töhfə Səməd
tag: Ermənistan,Anti Rusiya,Qətnamə,Dəstək,Todaypress.az,