Ermənistan 2027-ci ildə referendum keçirə bilər

Qərbi Azərbaycan

29.08.2024 16:10

“2027-ci ildə Ermənistanda konstitusiya referendumunun keçirilməsi planlaşdırılır”.

TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan bildirib.

“Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik” deyə o qeyd edib.  

Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb. 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi.

Günəş Mərd

tag: Ermənistan, Referendum, İclaslar, Konstitusiya, Nikol Paşinyan, todaypress.az,