Erməni general evində ölü tapıldı
Ermənistan
Milli Təhlükəsizlik Xidmətinin general-mayoru Tiqran Barseqyan dünyasını
dəyişib.
TodayPress xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına
görə, Barseqyanın meyiti ölümündən üç gün sonra evində aşkar edilib.
Qeyd edək ki,
Barseqyan bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunun
qorunması, ictimai asayişin qorunması və terrorizmlə mübarizə departamentinin
rəhbəri vəzifəsində çalışıb.
tag: Ermənistan, General, Ölü, Təhlükəsizlik, todaypress.az,