Erməni əsgər sərhədimizdə minaya düşdü
Ermənistan sərhədçisi Aşağı Əskiparadakı (Voskepardakı) kilsə yaxınlığında minaya düşüb.
TodayPress xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia”ya yerli sakinlərdən biri təsdiqləyib.
Əsgər ayağından zədə alıb. Onu Baranadakı (Noyemberyan) xəstəxanaya çatdırıblar. Piyada əleyhinə minanın partlaması nəticəsində erməni sərhədçinin ayağı amputasiya edilib.
Nərmin Tuncay
tag: Erməni, Sərhəd, Əsgər, Mina, todaypress.az,