Erməni deputat: “Aİ-ə üzvlük ölkə üçün ciddi problemlər yarada bilər”

Qərbi Azərbaycan

12.02.2025 13:00

1893

“Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlaması ilə bağlı qanun layihəsinin perspektivi yoxdur və bu, ölkə üçün ciddi problemlər yarada bilər”. 

TodayPress xəbər verir ki, bu fikri fevralın 12-də Ermənistan parlamentində müvafiq qanun layihəsinin müzakirəsi zamanı deputat Arman Rustamyan səsləndirib. 

Onun sözlərinə görə, Ermənistan Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyə imkan verəcək vəziyyətdə deyil.

Rustamyan vurğulayıb ki, ölkə hazırda həm Aİİ-nin, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu, Ermənistanı hansısa tərəfi seçmək məcburiyyəti qarşısında qoya biləcək addımlardan çəkinməyə vadar edir. 

Deputat hesab edir ki, bir-biri ilə uyğun olmayan beynəlxalq strukturlara eyni vaxtda üzvlük mümkün deyil. Buna görə də, Aİ-yə inteqrasiya prosesi yalnız Ermənistanın təhlükəsizliyinə və mövcudluğuna təhdid yaratmadığı təqdirdə davam etməlidir.  Rustamyan həmçinin qeyd edib ki, Aİ-yə üzvlük halında Ermənistanın təhlükəsizlik zəmanətçisi Avropa İttifaqı yox, Türkiyə olacaq.

O, belə bir ssenarinin ölkəni Rusiya və Türkiyə arasında seçim etməyə məcbur edəcəyini və bunun ağır nəticələr doğura biləcəyini bildirib. 

Qiymət Mahir

tag: Ermənistan,Avropa İttifaqı,Üzvlük,Deputat,Todaypress.az,