Braziliya prezidenti Ermənistana səfər edə bilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər üçün ciddi potensialın olduğunu bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “Correio Braziliense” nəşrinə müsahibəsində danışıb.
Mirzoyan Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Ermənistana mümkün səfəri ilə bağlı suala belə cavab verib:
“Ermənistan tərəfi artıq rəsmi dəvət göndərib və indi Braziliya tərəfi səfərin tarixini müəyyən edə bilər”.
Qiymət Mahir
tag: Braziliya,Prezidenti,Ermənistan,Səfər,Todaypress.az,