BMT Ermənistanda təhsilin pisləşməsindən narahatdır
Qərbi Azərbaycan
19.09.2024 18:17
BMT-nin Uşaq Hüquqları Komitəsi Ermənistanda məktəbə qəbul və davamiyyət göstəricilərinin pisləşməsindən narahatdır.
TodayPress xəbər verir ki, bu barədə BMT komitəsinin ekspertlərinin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) yaydığı bəyanatda deyilir.
“Komitə, xüsusən də tam orta təhsil pilləsində qeydiyyat və davamiyyət göstəricilərinin pisləşməsi, eləcə də minimum mütaliə səviyyəsinin olmaması ilə bağlı ciddi narahatlıq keçirir” deyə məlumatda bildirilir.
Komitə Ermənistanı bütün qız və oğlanların bərabər və keyfiyyətli ibtidai və orta təhsil almasını təmin etməyə çağırıb.
Günəş Mərd
tag: Ermənistan, Təhsil, Keyfiyyət ,BMT ,Komitə, todaypress.az,