Zelenskidən kritik paylaşım: Kuraxovda vəziyyət gərgindir

Video

26.11.2024 12:33

“Donetsk vilayətində hazırda ən çətin vəziyyət Kuraxov istiqamətindədir. Biz mövqelərimizi gücləndirmək üçün çalışırıq”.

TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb. 

“Zaporojye istiqamətində hazırkı təhlükələrin fərqindəyik. Ukrayna Müdafiə Qüvvələrimiz vəziyyətə nəzarət edir” deyə paylaşımda yazılıb.

Onun sözlərinə görə, Kurskda da vəziyyət gərgin olaraq qalır. Zelenski bildirib ki, Ukrayna əsgərləri mövqelərini saxlayır, Rusiya ordusu isə ciddi itkilər verir. 

“Bizim vəzifəmiz sərhəd bölgələrində Rusiyanın potensialını mümkün qədər məhv etməkdir. Mən Ukrayna missiyalarının yerinə yetirilməsini təmin edən bütün əsgər, çavuş və zabitlərə minnətdaram” deyə orada qeyd olunub.

Töhfə Səməd

tag: Zelenski, Kurxov, Kursk,Donetsk, todaypress.az