Zelenski həbsxanaları boşaltdı: Döyüşə məhkumlar gedir

Video

05.07.2024 11:10

Ukrayna döyüş meydanında əsgərlərinin sayını artırmaq məqsədilə 3000-dən çox məhbusu şərti azadlığa buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna ədliyyə nazirinin müavini Olena Vısotska “Associated Press”ə verdiyi açıqlamasında bildirib. 

Ukraynanın cənub-şərqindəki kənd cəzaçəkmə koloniyasında bir neçə məhkuma döyüş meydanında xidmət müqabilində şərti azadlığa buraxılma şansı təklif edilib. Ukrayna qoşunlarının sayı və ya itkilərin təfərrüatlarını dəqiq açıqlamasa da ordu komandanları ciddi kadr çatışmazlığı ilə üzləşdiklərini açıq şəkildə etiraf edirlər.

Töhfə Səmədova

tag: Zelenski, Həbsxana, Döyüş, Ukrayna, Məhkumlar, todaypress.az