Zelenski: "Avropa öz ordusunu yaratmalıdır"
Video
17.02.2025 17:26
"Avropa öz ordusunu yaratmalıdır, çünki ABŞ Avropa ölkələrinə hərbi dəstək verməkdən imtina edə bilər".
TodayPress xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Biz vahid Avropa Silahlı Qüvvələri yaratmalıyıq ki, Avropanın gələcəyi yalnız özlərindən asılı olsun" deyə o bildirib.
Ukrayna liderinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri vahid Avropa ordusu üçün əsas ola bilər.
Töhfə Səməd
tag: Avropa ,ABŞ,Ukrayna,Volodimir Zelenski,Münhen Təhlükəsizlik Konfransı,todaypress.az