Zebra tapmadıqları üçün eşşəkləri boyadılar

Video

17.02.2025 17:30

Çində bir zooparkda zebra tapa bilmədiklərinə görə eşşəkləri boyayıblar.   

TodayPress xəbər verir ki, sosial şəbəkələrdə qısa müddət ərzində gündəm olan bu hadisə böyük reaksiyaya səbəb olub.   

Çinin məşhur sosial media platforması “Douyin”də bir çox istifadəçi bu hərəkəti "qeyri-etik" adlandırıb, bəziləri isə "həm heyvanlara, həm də ziyarətçilərə qarşı haqsızlıqdır" şərhini verib.   

Tənqidləri müdafiə edən zooparkın işçiləri bu addımın sadəcə bir marketinq strategiyası olduğunu iddia ediblər. Onlar istifadə olunan boyaların zəhərli olmadığını və heyvanlara zərər vermədiyini bildiriblər. Lakin heyvan hüquqları müdafiəçiləri bu cür hərəkətlərin qeyri-etik olduğunu vurğulayaraq, gələcəkdə oxşar halların baş verməməsi üçün daha sərt qaydaların tətbiqini tələb ediblər.   

Aysel Mətləb

tag: Çin,Zoopark,Zebra,Eşşək,Tənqid,todaypress.az